“Neftçi” Mirbağır İsayevi təbrik etdi

“Neftçi” PFK-nın baş icraçı direktoru Fərrux Mahmudov veteran futbolçu Mirbağır İsayevi 50 illik yubileyi münasibətilə təbrik edib.

Newsport.az xəbər verir ki, yubilyara ən xoş arzularını çatdıran klub rəhbəri ona xatirə hədiyyəsi təqdim edib.

Qeyd edək ki, 1993-1995-ci illərdə “Neftçi”də çıxış etmiş İsayev “ağ-qaralar”la Azərbaycan kubokunun (1995) və Superkubokunun (1995) qalibi olub. Təcrübəli mütəxəssis A komandamızda məşqçi, akademiyamızda baş məşqçi kimi də çalışıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right