Bu gün futbol üzrə Azərbaycan 1-ci liqasında 18-ci tura start veriləcək.
Newsport.az xəbər verir ki, ilk oyun günündə 2 matç keçiriləcək. "İmişli" "Araz Saatlı"nı, 2-ci yerdəki "Şamaxı" isə lider "Qaradağ Lökbatan"ı qəbul edəcək.
Tura sabah yekun vurulacaq.
18-ci tur
13 mart (çərşənbə)
“İmişli” – “Araz Saatlı”
Heydər Əliyev adına İmişli şəhər stadionu, 15:00
“Şamaxı” – “Qaradağ Lökbatan”
Şamaxı şəhər stadionu, 15:00
14 mart (cümə axşamı)
“İrəvan” – “Zaqatala”
“ASK Arena”, 13:00
“Mingəçevir” – “Karvan”
Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionu, 15:00
MOİK – “Difai Ağsu”
Binə qəsəbə stadionu, 15:00