"Bayer"in futbolçusu "Qarabağ"la matçdan öncə: "Hər matçın həlledici olduğunu bilirik"

"Qarabağ"ın Avropa Liqasının 1/8 final mərhələsindəki rəqibi olan "Bayer"in yarımmüdafiəçisi Qranit Caka mövsümün qalan hissəsində komandasının nələr edə biləcəyi haqda danışıb.

Newsport.az xəbər verir ki, "Kicker"ə açıqlama verən isveçrəli Avropa Liqasında yollarına davam etmək istədiklərini söyləyib:

"Son təkanda hər oyun finala çevrilir. Uduzsan, turnirdən uzaqlaşırsan. Bu, xüsusilə Avropa Liqası və Almaniya Kuboku üçün keçərlidir. Lakin Bundesliqa da bizim üçün bu cür qəbul edilib. Hər matçın həlledici olduğunu bilirik".

"Bayer" - "Qarabağ" matçı sabah “Bay Arena” stadionunda keçiriləcək və görüşə Bakı vaxtı ilə 00:00-da start veriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right