Azərbaycanda işləmiş tanınmış mütəxəssis "Eskişehirspor"da

Türkiyəli mütəxəssis, "Qarabağ"ın U-19 komandasının sabiq baş məşqçisi Önder Karavelinin yeni iş yeri müəyyənləşib.

Newsport.az xəbər verir ki, o, Türkiyənin tanınmış klublarından olmuş, hazırda isə həvəskar region liqasında mübarizə aparan "Eskişehirspor"un baş məşqçisi təyin olunub. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 49 yaşlı mütəxəssislə cari mövsümün sonuna qədər müqavilə imzalanıb.

"Eskişehirspor" həvəskar region liqasının 6-cı qrupunda 42 xal toplayıb və hazırda 2-cidir.

Qeyd edək ki, Önder Karaveli 2019-2021-ci illərdə "Qarabağ" U-19-un baş məşqçisi olub. 2021/22 mövsümündə "Beşiktaş"ın baş məşqçisi işləyib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right