"Turan Tovuz"un bu mövsümün gedişində yollarını ayırdığı Martin Petkov artıq özünə komanda tapıb.
Newsport.az xəbər verir ki, 2002-ci il təvəllüdlü bolqar “Lokomotiv”(Plovdiv)lə 1,5 illik müqavilə imzalayıb.
Plovdiv klubu hazırda Bolqarıstan çempionatında 5-ci pillədə yer alıb.
Xatırladaq ki, Petkov “Turan Tovuz”a böyük ümidlərlə dəvət edilsə də, sonradan şəxsi problemləri olduğu üçün Azərbaycanda qalmayıb.