"Bayer 04" - "Qarabağ" oyununun baş hakimi Azərbaycan millisinin məğlubiyyətinə şahidlik edib

“Qarabağ”ın UEFA Avropa Liqasının 1/8 final mərhələsinin Almaniyada "Bayer 04"lə keçiriləcək cavab oyununa təyinat alan FIFA referisi Entoni Teylor karyerası ərzində ilk dəfə Azərbaycan təmsilçisinin matçını idarə edəcək.

Newsport.az məlumatına görə, 45 yaşlı ingiltərəli hakim 2013-cü ildən beynəlxalq qarşılaşmalarda iş başında olur.

Teylor Azərbaycan millisinin 2013-cü ildə Portuqaliyaya 0:2 hesabı ilə uduzduğu DÇ-2014-ün seçmə mərhələ oyununda Bakıya gəlib. O, həmin vaxt dördüncü hakim funksiyasını yerinə yetirib.

Təcrübəli referi cari mövsüm İngiltərə Premyer Liqasında 20, Çempionlar Liqasının qrup mərhələsində 3 görüşdə ədaləti qoruyub.

O, cari mövsüm Avropa Liqasında Türkiyə təmsilçisi "Qalatasaray"ın Çexiyada "Sparta"ya 1:4 hesabı hesabı ilə uduzduğu pley-off mərhələsinin cavab görüşünü idarə edib. Teylor bu matçda 2 qırmızı və 7 sarı vərəqəyə ehtiyac duyub.

Qeyd edək ki, Leverkuzendəki qarşılaşma martın 14-də, Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Bakıdakı ilk matç 2:2 hesabı ilə nəticələnib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right