"Neftçi" Emin Mahmudovun durumunu açıqladı

“Neftçi”nin Azərbaycan Premyer Liqasının 26-cı turunda “Kəpəz”lə matçda zədələnən kapitanı Emin Mahmudovun son durumu açıqlanıb.

Newsport.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, onun daban oynağında ödəm müşahidə olunur, bağlarda isə ciddi zədələr yoxdur.

Hazırda müalicə prosesinə başlanılıb. 31 yaşlı yarımmüdafiəçinin 2-3 günə məşqlərə qoşulması planlaşdırılır.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right