Cəlal Hüseynov milliyə çağırıldı

Bolqarıstan "Arda"sında çıxış edən Cəlal Hüseynov Azərbaycanın U-21 millisinə çağırılıb.
 
Newsport.az xəbər verir ki, bu barədə "Arda"nın mətbuat xidməti məlumat yayıb.
 
Bildirilib ki, 21 yaşlı müdafiəçi Azərbaycan U-21 yığmasının Avropa çempionatının seçmə mərhələsində İngiltərə və Ukraynaya qarşı keçirəcəyi matçlar üçün yığmaya dəvət olunub.
 
Qeyd edək ki, Azərbaycan millisi martın 22-də İngiltərə ilə, martın 26-da isə Ukrayna ilə üz-üzə gələcək. Hər iki görüş "Azərsun Arena"da olacaq.
 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right