Sekidika Türkiyəyə qayıda bilər

“Sabah”ın futbolçusu Cesse Sekidika mövsümün sonunda komandadan ayrıla bilər.

Newsport.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, nigeriyalı vingerin karyerasını yenidən həmin ölkədə davam etdirmək ehtimalı yaranıb.

Qardaş ölkədə “Eskişehirspor”, “Qalatasaray”, “Konyaspor”, “Eyüpspor” və “Umraniyespor” klublarının formasını geyinmiş 27 yaşlı ön xətt oyunçusu “Sabah”ın heyətində yenidən əvvəlki formasını bərpa etməkdədir. Onun bu performansı Türkiyənin bir neçə klubunun diqqətini çəkib. Sekidika Superliqa, həm də I Liqa komandalarının transfer gündəmində yer alır. Türkiyə klubları mövsümün sonunda onu heyətlərinə qatmağa cəhd edəcəklər.

Qeyd edək ki, “Sabah”a mövsümün əvvəlində keçən Cesse Sekidikanın bakılılarla müqavilə müddəti 2025-ci ilin yayına qədərdir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right