"Neftçi"nin futbolçusu "Spartak"la oyunu buraxacaq

"Neftçi"nin futbolçusu Alfa Konte martın 23-də Bakıda "Spartak"a (Moskva) qarşı keçiriləcək yoldaşlıq oyununu buraxacaq.

Newsport.az klubun rəsmi səhifəsinə istinadən xəbər verir ki, buna 23 yaşlı futbolçunun Syerra Leone millisinə çağırılması səbəb olub.

Syerra Leone yığması martın 22-də Sudan, 25-də isə Botsvana ilə yoldaşlıq görüşləri keçirəcək.

Qeyd edək ki, Alfa Konte bu ilin qışında "Neftçi"yə transfer olunub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right