“Qarabağ” və “Neftçi” dünya reytinqində yüksəldi

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) fevral ayı üçün dünya klublarının reytinq cədvəlini açıqlayıb.

Newsport.az xəbər verir ki, 402 klubunun yer aldığı siyahıda Azərbaycanın iki klubu – “Qarabağ” və “Neftçi” yer alıb. 

Yeni reytinqə əsasən, Ağdam təmsilçisi 164,75 xalla 70-ci yerdən 61-ci yerə yüksəlib. “Qarabağ”ı 165 xalla “Marsel” qabaqlayıb. Azərbaycan çempionundan sonrakı komandası isə Xorvatiyanın “Dinamo”(Zaqreb) (163,5) klubudur.

“Neftçi” Cənubi Afrikanın “Orlando Pirates”, Perunun “Sezar Valyexo” və Yamaykanın “Kavaler” (hamısı - 60,75) klubları ilə birlikdə 398-ci yerdən yuxarı qalxaraq 378-ci yerdə qərarlaşıb.

Ayın ən yaxşı klubu İngiltərənin "Mançester Siti" (385) komandasıdır. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right