İspaniyalı futbolçu: "Qarabağ"a təşəkkürüm sonsuzdur

"Qarabağ"ın bütün üzvlərinə minnətdaram, bu kluba təşəkkürüm sonsuzdur.

Newsport.az xəbər verir ki, bunu "Qarabağ"ın ispaniyalı sabiq futbolçusu Dani Kintana "Canarias 7" nəşrinə açıqlamasında deyib.

37 yaşlı keçmiş yarımmüdafiəçi Ağdam təmsilçisindəki şəraitdən razı qaldığını bildirib: "Çox düzgün klubdur. Hər matça görə bütün bonusları almışam, maaş problemi yox idi. Onlar çox müasirdirlər, imkanlar inanılmazdır".

Qeyd edək ki, Dani Kintana 2015-2020-ci illərdə "Qarabağ"ın formasını geyinib. Dörd dəfə Azərbaycan çempionu olan futbolçu 2 dəfə ölkə kubokunu qazanıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right