"Bizi qarşıda 2 çətin oyun gözləyir. Amma nə Xorvatiya, nə də Azərbaycanla oyunda nəticə o qədər də vacib deyil”.
Newsport.az-ın məlumatına görə, bu sözləri Bolqarıstan yığmasının baş məşqçisi İvaylo Petev deyib.
AVRO-2016-nın seçmə mərhələsi çərçivəsində oktyabrın 10-da Xorvatiya ilə qarşılaşacaq Bolqarıstan millisi ayın 13-də də millimizi qəbul edəcək. Xorvatlarla oyundan öncə fikirlərini bölüşən Petev söhbət əsnasında Azərbaycanla matça da toxunub:
"Əsas olan şey futbolçularımın hər iki oyunda xarakter göstərməsidir. Heyətdə şans verəcəyim futbolçular özlərini göstərmək üçün əllərindən gələni etməlidi. Yeni adları görəcəyik, yeni adlar qazanacağıq. Qələbə əzmi və ambisiya nümayiş etdirməliyik. Azərbaycanla müqayisədə, Xorvatiya yığmasının heyətində ulduz futbolçular var. Ancaq bu bizi qorxutmamalıdı. Yekunda futbolçularım mübarizə aparmalıdır. Gənclər özlərini göstərmək üçün ələ düşən şansdan istifadə etməlidir”.