"Turan Tovuz" Azərbaycan Premyer Liqasında 10-cu ev qələbəsini qazanıb

"Turan Tovuz" Azərbaycan Premyer Liqasında 10-cu ev qələbəsini qazanıb.

Newsport.az Peşəkar Futbol Liqasına istinadən xəbər verir ki, bu, XXVI tura təsadüf edib.

Ayxan Abbasovun yetirmələri "doğma divarlar" arasında “Araz-Naxçıvan”ın qapısından iki cavabsız qol keçirib. 10-cu ev qələbəsi 31-ci matça təsadüf edən Tovuz təmsilçisi öz meydanında 8 heç-heçə edib və 13 dəfə uduzub.

“Turan Tovuz”un ilk ev qələbəsi Premyer Liqada debüt etdiyi 2022/2023 mövsümünə təsadüf edib. Tovuzlular 2022-ci il sentyabrın 9-da “Kəpəz”i 2:0 hesabı ilə üstələyib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right