“Qarabağ”ın rəqibi seriyasını davam etdirdi

“Qarabağ”ın Avropa Liqasının 1/8 final mərhələsindəki rəqibi “Bayer” məğlubiyyətsiz oyunlar seriyasını davam etdirir. Newsport.az xəbər verir ki, Leverkuzen təmsilçisi Bundesliqanın XXV turunda “Volfsburq” önündə də büdrəməyib.

Rəqibini 2:0 hesabı ilə üstələyən Xabi Alonsonun yetirmələri artıq 36 matçdı yenilgi üzü görmür. Komanda bu müdətdə 31 dəfə qələbə qazanıb, 5 dəfə rəqibləri ilə bərabərə qalıb. “Bayer” sonuncu dəfə ötən ilin mayında rəqibinə uduzub.

Qeyd edək ki, “Bayer” növbəti matçını martın 14-də evdə “Qarabağ”a qarşı keçirəcək. Komandalar arasında Bakıdakı ilk görüşdə 2:2 hesabı qeydə alınıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right