Millimiz məğlub oldu YENİLƏNİB

Bu gün futbol üzrə Azərbaycanın əsas yığma komandası növbəti matçına çıxır.

Newsport.az-ın məlumatına görə, yığmamız AÇ-2016-nın seçmə mərhələsindəki doqquzuncu oyununda İtaliyanı qəbul edəcək.

Millimiz tarixi ərzində üç dəfə qarşılaşıb, hamısında uduzduğu "skuadra adzurra" ilə Bakı Olimpiya stadionunda qarşılaşacaq. Yeni arenadakı debüt matçında millimiz həm italiyalılardan qisas almağa, həm də Robert Prosineçkinin rəhbərliyi altında rəsmi oyunlardakı məğlubiyyətsiz seriyasını davam etdirməyə çalışacaq.

AÇ-2016-nın seçmə mərhələsi
H qrupu
10 oktyabr

21:00. Azərbaycan - İtaliya 1-3

Qol: Eder, 11 (0:1),Dmitri Nazarov,32,(1-1),Əl-Şaaravi,43,(1-2),Pelle,65,(1-3)

Qırmızı vərəqə:Bədavi Hüseynov,88

Baş hakim: Uilyam Kollum (Şotlandiya).
Bakı. Olimpiya stadionu.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right