"Qarabağ"ın iki futbolçusu Türkiyəyə yollacaq

“Qarabağ”ın futbolçuları Marko Vesoviç və Marko Yankoviç Monteneqro millisinə dəvət alıb.

Newsport.az xəbər verir ki, bu barədə Monteneqro Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Onlar millinin baş məşqçisi Robert Prosineçkanın 25 futbolçudan ibarət genişləndirilmiş siyahısına daxil ediliblər. Hər iki futbolçu Antalyadakı toplanışda iştirak edəcək və Belarus (21 mart) və Şimali Makedoniya (25 mart) ilə yoldaşlıq görüşlərində oynayacaqlar.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right