Ruslan Abışov:"İtaliya ilə oyunda uğur qazana bilərik"

Azərbaycan yığmasının müdafiəçisi Ruslan Abışov AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində İtaliyaya qarşı oyun öncəsi fikirlərini bölüşüb.

Newsport.az saytının məlumatına görə, o, bu gün baş tutan mətbuat konfransında öncə bunları dilə gətirib:

"Sabah bizi çətin oyun gözləyir. Yeni stadionda ilk oyunumuzu keçirəcəyik. Rəqib barədə çox danışmaq istəmirəm. Əsas bizim necə oynamağımızdır. Baş məşqçinin tapşırıqlarını yerinə yetirə bilsək, uğur qazana bilərik. Start heyətdə yer almamağıma gəlincə, mən peşəkar futbolçuyam və buna normal yanaşıram. Başa düşürəm ki, indi əsas heyətdə meydana çıxmağa daha çox layiq olanlar oynamalıdır. Əsas heyətdə yer almaq üçün yaxşı formada olmaq lazımdır. Mənə şans versələr, komandamıza kömək etməyə çalışacağam".





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right