Ruslan Abışov: “Həmişə ona ehtiyacımız var”

“Oyunun çətin keçəcəyini bilirk. Ona görə də, bu oyuna çox yaxşı hazırlaşmışıq.”

Newsport.az saytının məlumatına görə, bu sözlər milli komandamızın müdafiəçisi Ruslan Abışova aiddir. Abışov əməkdaşımızla söhbətin Avro 2016-nın seçmə mərhələsində sabah Bakıda baş tutacaq Azərbaycan – İtaliya oyunu haqında danışıb.  Abışov qarşılaşmanın çətin və maraqlı keçəcəyini bildirib:

“İtaliya ilə qarşılaşmanın çətin və maraqlı keçəcəyini bilirik. Rəqibimiz qrup lideridir, həmçinin dünyanın TOP 5 yığmalarından biridir. Onlar Bakıda  qələbə qazanaraq final mərhələsinə birbaşa vəsiqəni təmin etmək istəyirlər. Biz isə ardıcıl 5-ci oyunumuzda məğlub olmamağa çalışcağıq. Oyunun Bakı Olimpiya Stadionunda keçirilməsi də, bizim üçün üstünlük sayıla bilər. Azarkeşlərimizdən dəstək gözləyirik. Bizdə öz növbəmizdə onlara yaxşı oyun nümayiş etdirəcəyik.”

Abışov milli komandamızın kapitanı Rəşad Sadıqovun yubileyi (100-cü oyun)  barədə də danışıb:  “Rəşada daha çox yubileylər arzulayıram.  Məndə onun kimi 100-ə  çatmağı arzulayıram. Rəşad bizim üçün vacib oyunçudu. Həmişə ona ehtiyacımız var.”

Qeyd edək ki, Azərbaycan – İtaliya oyunu sabah 21:00-da başlayacaq.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right