"Qarabağ" - "Bayer" matçına görə iş rejimi dəyişdirildi

"Qarabağ” UEFA Avropa Liqasının 1/8 final mərhələsinin ilk oyunları çərçivəsində Almaniyanın "Bayer" klubu ilə qarşılaşmanın gec saatlarda başlaması ilə əlaqədar "Bakı Metropoliteni" QSC-yə metropolitenin iş rejimində dəyişiklik edilməsi barədə müraciət ünvanlayıb.
 
Newsport.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, "Qarabağ"ın müraciəti və bu qarşılaşmaya Azərbaycanda marağın böyük olması nəzərə alınaraq, Tofiq Bəhramov adına Respublika stadionunda qarşılaşmanı canlı izləyənlər azarkeşlərin daşınması məqsədilə metropolitenin iş rejimində müvafiq dəyişiklik edib. Bakı metropoliteni martın 8-nə keçən gecə saat 01:00-a qədər sərnişinlərin girişinə açıq olacaq.
 
Qeyd edək ki, martın 7-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Bayer” oyunu saat 21:45-də başlayacaq.
 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right