Azərbaycan - İtaliya matçına 40 min bilet satılıb

AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində sabah keçiriləcək Azərbaycan - İtaliya oyununa bilet satışı davam edir.

Newsport.az-ın məlumatına görə, artıq bu oyuna 40 000 bilet satılıb.

Lakin bu göstərici oyun saatına qədər arta bilər.

Qeyd edək ki, Azərbaycan - İtaliya qarşılaşması oktyabrın 10-da Bakı Olimpiya stadionunda keçiriləcək və saat 21:00-da start götürəcək. Sözügedən arena 69 800 azarkeş tutur.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right