"Bayer"in müdafiəçisi: "Diqqətimizi "Qarabağ"la oyunun hazırlığına yönəltmişik"

Almaniyanın “Bayer” klubunun futbolçusu Robert Andrix Bundesliqanın 24-cü turunda “Köln” üzərində qazandıqları qələbəni (2:0) şərh edərkən Avropa Liqasının 1/8 final mərhələsinin “Qarabağ”la matçına da toxunub.

Newsport.az xəbər verir ki, klubun rəsmi saytına danışan 29 yaşlı müdafiəçi bütün diqqətlərini Bakıdakı oyuna yönəltdiklərini söyləyib:

"Rahatlaşa bilmirik. Doğrudur, "Köln" üzərindəki qələbəyə sevinirik. Amma indi bütün diqqətimizi yenidən çox çalışmağa və "Qarabağ"la oyunun hazırlığına yönəltmişik. Çünki vacib oyuna çıxacağıq".

Tofiq Bəhramov stadionunda keçiriləcək "Qarabağ" - "Bayer" matçına 21:45-də start veriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right