Qazaxıstanda oynayan futbolçu Azərbaycan millisindən imtina etdi

Qazaxıstanın "Jenis" klubunun futbolçusu Raul Allahverdiyev Azərbaycan yığmasında oynamaq təklifi alıb.

Newsport.az xəbər verir ki, 17 yaşlı yarımmüdafiəçi bunu klubun mətbuat xidmətinə açıqlamasında deyib.

Bu təklifi qəbul etməyən futbolçu Qazaxıstanın əsas yığmasında oynamaq istədiyini qeyd edib: "Məlumat yayıldı ki, məni Azərbaycan millisində görmək istəyirlər. Belə diqqətə görə məmnunam. Lakin mən Qazaxıstanın gənclər yığmasının üzvüyəm. 15 yaşımdan "Jenis" klubunda peşəkar futbolçu kimi debüt etmişəm. Bu klubu və Qazaxıstanı evim hesab edirəm. Çalışacağam ki, bu ölkənin yığmasına düşüm".

Qeyd edək ki, Raul Allahverdiyev Qazaxıstanın U-17 yığmasının üzvüdür.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right