Qadınlardan ibarət Azərbaycan millisinin AVRO-2025-dəki rəqibləri bu gün bilinəcək

Bu gün qadın futbolçulardan ibarət milli komandalar arasında Avropa çempionatının seçmə mərhələsinin püşkü atılacaq.

Newsport.az-ın məlumatına görə, İsveçrənin Nyon şəhərində keçiriləcək püşkatma mərasimi Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.

Yeni formatda təşkil ediləcək turnir 3 liqadan ibarət olacaq. A və B liqalarında 16, C liqasında isə 19 komanda çıxış edəcək.

Azərbaycan millisi B liqasında mübarizə aparacaq. Yığmamız püşkatma zamanı 4-cü - sonuncu səbətdə yer alacaq.

B liqasının səbətləri:

1-ci səbət: Portuqaliya, İsveçrə, Şotlandiya, Uels

2-ci səbət: Bosniya və Herseqovina, Serbiya, Xorvatiya, Macarıstan

3-cü səbət: Slovakiya, Şimali İrlandiya, Ukrayna, Türkiyə

4-cü səbət: Malta, İsrail, Kosovo, Azərbaycan

Qeyd edək ki, AVRO-2025-in seçmə qrup oyunları aprel-iyul ayları aralığında keçiriləcək. Turnirin final mərhələsi 2025-ci ilin iyulunda İsveçrədə təşkil olunacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right