Əliyar Ağayevə almanlar kömək edəcək

Azərbaycanın FIFA referisi Əliyar Ağayevin idarə edəcəyi UEFA Konfrans Liqasının 1/8 final mərhələsinin “Dinamo” (Xorvatiya) – PAOK (Yunanıstan) oyununa digər təyinatlar açıqlanıb.

Ona Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını Elçin Məsiyev yerinə yetirəcək.

Qarşılaşmanın VAR hakimi almaniyalı Saşa Steqemanndır. Onun köməkçisi həmyerlisi Paşal Müller olacaq. Matçın hakim-inspektoru funksiyasını isə norveçli Terye Houç yerinə yetirəcək.

Qeyd edək ki, martın 7-də gerçəkləşəcək görüş Bakı vaxtı ilə saat 00:00-də start götürəcək. Cavab oyunu bir həftə sonra reallaşacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right