"Qarabağ" – “Bayer” oyununun hakimləri açıqlandı

Avropa Liqasının 1/8 mərhələsinin ilk oyunu çərçivəsində keçiriləcək "Qarabağ" – “Bayer” (Almaniya) qarşılaşmasının hakimləri açıqlanıb. 

Newsport.az AFFA-nın saytına istinadən xəbər verir ki, oyunu Fransadan olan hakimlər briqadası idarə edəcək. Görüşün baş hakimi Benoit Bastien olacaq. Ona Hiçam Zakrani və Aurelien Bertomieu kömək edəcəklər. Dördüncü hakim funksiyasını Ceremi Piqnard yerinə yetirəcək. VAR hakimləri Benoit Millot və Erik Uattelyedir.

Qeyd edək ki,  martın 7-si, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüş saat 21:45-də başlayacaq.

 
 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right