“Bu üzdən “Qarabağ”ın mərhələ adlamasına heç kim inanmır”

Avropa Liqasında 1/8 finala qədər irəliləyərək Azərbaycan futbol tarixində yeni tarix yazan “Qarabağ” oktyabrın 7-də bu mərhələnin ilk oyununda “Bayer”lə qarşılaşacaq.

Newsport.az xəbər verir ki, raundun matçları öncəsi komandaların şansları dəyərləndirilib. Avropa futbol ictimaiyyəti və xarici bukmekerlər “Bayer”in 1/4 finala yüksələcəyinə şübhə etmirlər. Bu üzdən Almaniya klubunun mübarizəni dayandırması möcüzəyə bərabər hesab edilir. “Bayer” həm Bakıdakı ilk qarşılaşmanın, həm də ümumi cütün aşkar favoritidir.

“Bayer”in cari mövsümdə sərgilədiyi oyuna müqavimət göstərmək “Qarabağ” üçün çətin olacaq. Almaniya klubu bəlkə də tarixinin ən parlaq dönəmlərindən birini yaşayır. Bu üzdən “Qarabağ”ın mərhələ adlamasına heç kim inanmır”, deyə yazıda bildirilib.

Qeyd edək ki, “Qarabağ”la “Bayer” arasında ilk oyun martın 7-də Bakıda, cavab matçı 14-də Leverkuzendə keçiriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right