Azərbaycan millisini yoldaşlıq oyunlarına kim çıxaracaq?

Azərbaycan milli komandasının bu ay keçiriləcək yoldaşlıq oyunlarına kimin rəhbərliyi altında çıxacağı məlum olub.
 
Newsport.az AFFA-nın saytına istinadən xəbər verir ki, komandaya bu oyunlarda  Arif Əsədov rəhbərlik edəcək.
 
Məşqçilər korpusunda İlham Yadullayev, Füzuli Məmmədov və Kamran Ağayev təmsil olunacaqlar. 
 
Qeyd edək ki, Azərbaycan milli komandası FIFA tərəfindən ilk dəfə Bakıda təşkil olunacaq “FIFA series – Edition 2024” layihəsi çərçivəsində martın 22-si Monqulustan, martın 25-də isə Bolqarıstan yığmaları ilə qarşılaşacaq. Hər iki oyun Tofiq Bəhramov adına Respublika stadionunda olacaq.
 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right