"Qarabağ"ın sabiq hücumçusunun yeni klubu bilindi

"Qarabağ"ın sabiq hücumçusu Samuel Armenteros karyerasını Çində davam etdiriəcək.

Newsport.az xəbər verir ki, 33 yaşlı futbolçu "Şenzen Penq Siti" klubu ilə anlaşıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Xatırladaq ki, 2015-2016 mövsümündə “Qarabağ”ın şərəfini qoruyan isveçli futbolçu Ağdam klubunun heyətində 23 oyuna 7 qol vurub.

 
 




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right