“Turan Tovuz”da qalmadı, indi də Çində oynayacaq

“Turan Tovuz”un sabiq hücumçusu Çində oynayacaq. Yayda Azərbaycandan ayrılan Runi Eva Bolarıstanda çox duruş gətirməyib.

Newsport.az xəbər verir ki, ötən mövsüm Tovuz klubunda özünü yaxşı tərəfdən göstərən 27 yaşlı kamerunlu yeni müqavilədən imtina etmişdi. O, Azərbaycandan aldığı çoxsaylı təklifləri də rədd etmiş və Bolqarıstana yollanmışdı.

Lakin Runi ÇSKA 1948 komandasında uzaun müddət qalmayıb. Heyətə düşməkdə çətinlik çəkən oyunçu Çindən aldığı təklifi müsbət dəyərləndirib. 1-ci liqa klubu “Hakka” bolqarlara 120 min avro ödəyib və futbolçu ilə 2 illik müqavilə bağlayıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right