“Zirə”nin futbolçusu Azərbaycan çempionatlarında 100 oyun keçirən ilk yunanıstanlı olub

“Zirə”nin müdafiəçisi Dmitrios Çantakias Azərbaycan çempionatlarında 100 oyun keçirən ilk yunanıstanlı futbolçu olub.

Newsport.az-ın Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən məlumatına görə, onun yubileyi Premyer Liqanın XXV turunda “Turan Tovuz”la qarşılaşmaya təsadüf edib.

29 yaşlı arxa xətt oyunçusu 1:1 hesabı ilə başa çatan görüşdə 90 dəqiqə meydanda olub. Çantakias çıxış etdiyi 100 oyunda ümumilikdə 6 qol vurub.

Qeyd edək ki, Dmitrios Çantakias 2020/2021 mövsümündən “Zirə”nin formasını geyinir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right