Azərbaycan çempionatında üçüncü məhsuldar göstərici qeydə alınıb

Azərbaycan Premyer Liqasında üçüncü məhsuldar göstərici qeydə alınıb.

Newsport.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, buna çempionatın 25-ci turunda 18 qol vurulması səbəb olub.

Bu, mövsümün üçüncü məhsuldarlığıdır. Bundan öncə yalnız 10-cu və 16-cı turlarda daha çox qol qeydə alınıb - 19 qol.

Tur üzrə orta məhsuldarlıq 3,60-a bərabər olub.

Qeyd edək ki, Azərbaycan Premyer Liqasının 25-ci turunda “Neftçi” – “Qarabağ” (1:4) və “Qəbələ” – “Səbail” (2:3) oyunlarının hərəsində 5 qol vurulub. “Sumqayıt” – “Kəpəz” (1:3) qarşılaşmasında bu rəqəm 4-ə bərabər olub. “Sabah” – “Araz-Naxçıvan” (2:0) və “Zirə” – “Turan Tovuz” (1:1) duellərinin hərəsində iki qol qeydə alınıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right