"Bunu demək istəmirdim, amma məcburam" - Kaxaber Tsxadadze

"Nə deyə bilərəm? Əhvalım yaxşı deyil. Oyuna çox gözəl başladıq. Qırmızı vərəqə planlarımızı korladı. Rəqib standart vəziyyətlərdən istifadə etdi. Bundan başqa qol imkanları yox idi. "Qarabağ"la oyunun ilk hissəsində çox yaxşı çıxış etdik. Bu gün onun 10 qatını bacardıq. Nələrisə dəyişməyə çalışırıq. Sonradan oyuna girənlər keyfiyyət göstərmədilər. Ümumiyyətlə bəzi futbolçularımızın keyfiyyəti aşağıdır. Bunu demək istəmirdim. Amma məcburam".

Newsport.az-ın məlumatına görə, bu sözləri "Qəbələ"nin baş məşqçisi Kaxaber Tsxadadze Premyer Liqanın 25-ci turunun "Səbail"lə oyunundan sonra keçirilmiş mətbuat konfransında deyib. O, jurnalistlərin suallarını cavablandırıb.

- "Qəbələ"nin qırmızı vərəqələrdən qurtulması üçün nə etmək lazımdır?

- Bu, futbolçuların fərdi keyfiyəti ilə bağlıdır. "Qarabağ"la matçda Feras rəqibə o cür müdaxilə etməməli idi. Bugünkü qırmızı vərəqə texniki səhvin nəticəsində oldu. Dəyişmək istədiyimiz çox şey var. Bu gün cinah müdafiəçilərini dəyişdik. Onların hansı vəziyyətdə olduğunu gördüz. Asif Məmmədovun yaşı çox olduğu üçün ona istirahət verdik. Ehtiyat oyunçular skamyasında olanların performansından məmnun deyiləm.

- 11 tura 11 xal fərqini aradan qaldırmaq mümkün olacaq?

- Nə qədər ki, şans var, sona kimi mübarizə aparacağıq.

- Futbolçularla qırmızı vərəqələrlə bağlı maarifləndirici söhbətiniz olub?

- Bu, futbolçunun fərdi keyfiyyətindən asılıdr. Nəsə öyrədə bilərik. Ustalıq səviyyəsi aşağı olduğu üçün futbolçular qırmızı vərəqə alır. Hər dəfə yada salmalıyıq ki, qırmızıdan uzaq olun. Mən sona kimi mübarizə aparan insanam. Heç vaxt vaz keçməmişəm. Bu, "Standart"da da, "İnter"də də belə olub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right