"Atam mənə həmişə öyrədir. Əgər vacib məsələni başa düşməsəm, başa salır, futboldan danışır. İstəyirəm ki, atamdan güclü futbolçu olum" -
Newsport.az saytının məlumatına görə, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun oğlu Musa deyib.
Musanın atası haqda fikirləri Ağdam klubunun "feysbuk" səhifəsində yayımlanıb. Qurbanovun 16 yaşlı oğlu hazırda hücum mövqeyində oynadığını söyləyib: “Qol vurmağı çox istəyirəm. Mənim üçün fərqlənmək həmişə əyləncəli olub. Atamın davamçısı kimi yetişmək xoş olardı”.