"Neftçi" "Qarabağ"la matça 3 itki ilə çıxacaq

Azərbaycan Premyer Liqasının 25-ci turunda “Qarabağ”la keçiriləcək oyundan əvvəl "Neftçi"də son durum belədir.

Newsport.az-ın məlumatına görə, fərdi olaraq hazırlıq keçən Azər Əliyev fizioterapiya prosesindədir. Emil Balayev, eləcə də Fələstin millisində zədələnən Ataa Caber isə bərpa və müalicə mərhələsini davam etdirir.

Qeyd edək ki, "Neftçi" - "Qarabağ" qarşılaşması sabah saat 19:00-da “Neftçi Arena”da baş tutacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right