Zirədə sülh, "Sabah" "Araz-Naxçıvan"ı məğlub etdi Yenilənib

Azərbaycan Premyer Liqasında 25-ci turun oyunları davam edir.

Newsport.az-ın məlumatına görə, bu gün iki qarşılaşma baş tutub.

Günün iki görüşü Zirədə baş tutub. Burada qəsəbənin eyniadlı komandası "Turan Tovuz"u qəbul edib. Matç 1:1 hesablı bərabəliklə başa çatıb.

İkinci oyunda isə "Sabah" "Bank Respublika Arena"da "Araz-Naxçıvan"la üz-üzə gəlib. Bu qarşılaşma Masazır təmsilçisinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Azərbaycan Premyer Liqası

2 mart (şənbə)

“Zirə” – “Turan Tovuz” 1:1
Qollar:
 Ceyhun Nuriyev, 62 (pen) - Belajdi Pusi, 11
Qırmızı vərəqə: İssa Cibrila, 43
Hakimlər: Rəvan Həmzəzadə, Namiq Hüseynov, Rahil Ramazanov, İnqilab Məmmədov
Hakim-inspektor: Rəhim Həsənov
AFFA nümayəndəsi: Kifayət Mustafayeva
Zirə İK stadionu, 16:00

“Sabah” – “Araz-Naxçıvan” 2:0 
Qollar: 
Emmanuel Apeh, 54, Kahim Parris, 90+7 (pen)
Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Kamran Bayramov, Fərid Hacıyev
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Bəhram Qurbanov
“Bank Respublika Arena”, 18:30





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right