AFFA-dan baş məşqçiyə 6 aylıq qadağa

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

Newsport.az xəbər verir ki, iclasda aşağıdakı qərarlar qəbul olunub:

Region Liqasının “City Baku” FK – “İrəvan” İK oyununda “İrəvan”ın futbolçusu Riyad Məmmədovun əvəzinə adı protokolda qeyd edilməyən oyunçu iştirak etdiyinə görə “İrəvan”a 0:3 hesablı texniki məğlubiyyət verilib.

U-15 Liqasının “Araz Saatlı” – ASTA FK oyununda “Araz Saatlı”nın futbolçusu Nahid İsmayıllı qarşılaşmanın 71-ci dəqiqəsində təcavüzkar davranışa görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalandırılıb.

U-13 Liqasının “Metak” FK – “Şahdağ” FK (Qusar) oyunu “Şahdağ” təyin edilən vaxtda meydanda olmadığına görə baş tutmadığı üçün “Şahdağ”a 0:3 hesablı texniki məğlubiyyət verilib.

U-13 Liqasının “Neftçi” PFK – “Zəngəzur” oyunu bitdikdən sonra “Zəngəzur”un azarkeşləri tərəfindən hakimə hücum edildiyinə və onu vurmağa cəhd edildiyinə görə “Zəngəzur” azarkeşlərinin stadiona buraxılmağına 3 oyun qadağa qoyulub.

U-13 Liqasının “Araz Saatlı” – “Şirvan” (Şirvan) oyunu “Şirvan” komandası təyin edilən vaxtda meydanda olmadığına görə baş tutmadığı üçün “Şirvan”a 0:3 hesablı texniki məğlubiyyət verilib.

U-12 Liqasında keçirilən “Mübariz” FA – “Araz Bakı” UFK oyununda “Araz Bakı”nın heyətində 7 nömrəli futbolçu Murad Hacıyevin əvəzinə adı protokolda olmayan oyunçu oynadığına görə “Araz Bakı” UFK komandasına 0:3 hesablı texniki məğlubiyyət verilib. Bu hal bir neçə dəfə təkrarlandığına görə “Araz Bakı”nın baş məşqçisi Mənsur Əhmədovun futbolla bağlı hər hansı fəaliyyətinə 6 aylıq qadağa qoyulub.

U-12 Liqasında keçirilən “Antiguoko İnternational” – “Record Club” oyununun 35-ci dəqiqəsində qol olduqdan sonra “Antiguoko İnternational” komandasının baş məşqçisi Oktay Əlizadə komandanı meydandan çıxardığına görə oyun yarımçıq qaldığı üçün “Antiguoko İnternational” komandasına 0:3 hesablı texniki məğlubiyyət verilib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right