“Sabah”ın futbolçusu İsrail klubuna keçə bilər

“Sabah”ın futbolçusu Kahim Parris mövsümün sonunda İsrail klubuna keçə bilər.

Newsport.az-ın “ua-football.com” saytına istinadən məlumatına görə, Təl-Əviv “Makkabi”si yamaykalı vingerin xidmətində maraqlıdır.

"Sabah"da icarə əsasında çıxış edən 24 yaşlı hücumameyilli oyunçu müqavilə ilə Ukraynanın “Dinamo” klubuna məxsusdur. “Makkabi” rəhbərliyi transfer üçün kiyevlilərlə danışıq aparmağı planlaşdırır.

Qeyd edək ki, Kahim Parris cari mövsüm “Sabah”ın heyətində 21 oyun keçirib, 2 qol vurub. Onun “Dinamo” ilə müqavilə müddəti 2026-cı ilin yayına qədərdir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right