Azərbaycanlı UEFA nümayəndəsi Konfrans Liqası matçında

PFL-in icraçı-direktoru Zaur Hacı-Məhərrəmov UEFA tərəfindən təyinat alıb.
 
Newsport.az xəbər verir ki, bunu AFFA-nın mətbuat xidməti açıqlayıb.
 
Təmsilçimiz Konfrans Liqasının 1/8 final mərhələsində iş başında olacaq. Azərbaycanlı UEFA nümayəndəsi “Şturm” (Avstriya) – “Lill” (Fransa) oyununa təyinat alıb. O, bu matçın UEFA nümayəndəsi funksiyasını yerinə yetirəcək.
 
Qeyd edək ki, martın 7-də keçiriləcək qarşılaşma Avstriyanın Qrats şəhərindəki “Stadium Qraz Liebenau” stadionunda baş tutacaq.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right