Azərbaycan çempionatlarında 5-ci

"Qarabağ” “Qəbələ” ilə çempionat oyunlarında vurulan qol sayında 100-ü keçib. 

Newsport.az PFL-in saytına istinadən xəbər verir ki, Misli Premyer Liqasının 23-cü turundan təxirə salınmış oyunadək rəqib qapısına 98 dəfə yol tapan Ağdam klubu 4:0 hesablı qələbə qazanıb.

Riçard Almeydanın penaltidən vurduğu ikinci top bu duellərdə komandasının 100-cü qolu olub. “Qarabağ” matçın sonunadək bu rəqəmi 102-yə çatdırıb. Bu, komandalar arasında 61-ci matçda baş verib.

Azərbaycan çempionatlarının 32 illik tarixində 5-ci belə hadisədir. Bunadək “Qarabağ” “Neftçi”, “Sumqayıt” və “Şamaxı” ilə görüşlərdə 100-ü keçib. “Neftçi” isə buna “Şamaxı” ilə qarşılaşmalarda nail olub:

1. “Qarabağ” – 120 (“Neftçi”)

2. “Neftçi” – 119 (“Şamaxı”)

3. “Qarabağ” – 116 (“Sumqayıt”)

4. “Qarabağ” – 107 (“Şamaxı”)

5. “Qarabağ” – 102 (“Qəbələ”)





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right