Beynəlxalq axtarışa verilən hücumçuya Bakıya getməmək tövsiyə olunur

Moskva "Spartak"ının hücumçusu Kvinsi Pomes "Neftçi" ilə Bakıda keçiriləcək yoldaşlıq oyununu buraxa bilər.

Newsport.az "RİA-Novosti"yə istinadən xəbər verir ki, narkotik qaçaqmalçılığı ittihamı ilə şərti cəza alan niderlandlı futbolçuya ekstradisiya riski səbəbindən Azərbaycanda keçiriləcək görüş üşün Bakıya yollanmaması tövsiyə olunub.

Futbolçunun vəkili İqor Buşmanov bildirib ki, Promesin cinayət işlərində qarşılıqlı yardım və axtarışda olan şəxslərin ekstradisiyası ilə bağlı Niderlandla razılaşması olan heç bir ölkəyə getməməsi məsləhətdir. 

Qeyd edək ki, Amsterdam məhəməsi tərəfindən 6 il şərti həbs cəzası alan Promes beynəlxalq axtarışa da verilib.

Əlavə edək ki, "Neftçi" - "Spartak" matçı martın 23-də "Neftçi Arena"da keçiriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right