Azərbaycan Premyer Liqası qayda pozuntularına görə dünyanın ilk “10-luğ”una düşüb

Azərbaycan Premyer Liqası oyunlarda qeydə alınan qayda pozuntularının sayında dünyanın ilk “10-luğ”una düşüb.

Newsport.az-ın Beynəlxalq İdman Araşdırmalar Mərkəzinə (CİES) istinadən məlumatına görə, çempionatın hər matçında orta hesabla 27,56 kobudluq olur.

Bu baxımdan Premyer Liqa araşdırma aparılan 71 çempionat arasında 10-cu yerdədir.

CİES, eyni zamanda vərəqələr və uzatma dəqiqələri ilə bağlı da araşdırma aparıb. Hesabat dövründə çempionatımızda 179 oyun keçirilib və orta hesabla hər görüşdə 4,47 sarı vərəqə verilib. Bu, dünyada 38-ci göstəricidir. Qırmızı vərəqələrin orta sayı isə 0,16-ya bərabərdir. Premyer Liqa bu baxımdan intizamlı olması ilə seçilir. Çünki cəmi 12 liqa Azərbaycan çempionatından daha intizamlıdır.

Bundan başqa, Azərbaycan çempionatının matçlarına orta hesabla 8 dəqiqə 11 saniyə vaxt artırılıb. Bu, ən çox vaxt artırılan 50-ci liqadır.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right