Kevin Medinanın durumuna aydınlıq gəldi

“Qarabağ”ın müdafiəçisi Kevin Medina zədəsini sağaldıb. Newsport.az xəbər verir ki, kolumbiyalı futbolçu artıq məşqlərə başlayıb.

Klubun həkimləri onu Avropa Liqasının 1/8 final mərhələsində “Bayer”lə keçiriləcək oyuna yetişdirməyə çalışır. Qrup mərhələsinin V turunda “Molde” ilə dekabrın əvvəlində keçirilən matçda zədələnən Medina həmin vaxtdan bəri yaşıl meydanlardan kənar qalıb.

Qeyd edək ki, “Qarabağ”la “Bayer” arasında ilk oyun martın 7-də Bakıda, cavab görüşü bir həftə sonra Leverkuzendə keçiriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right