Bolqarıstan - Azərbaycan: hakimlər müəyyənləşdi

"Avro-2016"nın seçmə mərhələsində keçiriləcək Bolqarıstan - Azərbaycan matçının hakimləri müəyyənləşib.

Newsport.az-ın məlumatına görə, Sofiya şəhərində keçirilən oyun Macarıstandan olan hakimlər briqadasına tapşırılıb.

Görüşün baş hakimi olacaq Tomaş Boqnara həmyerliləri Peter Beretyan və Qabor Eros köməklik edəcək. Teodoros Georgiu isə dördüncü referi funksiyasını yerinə yetirəcək.

Qeyd edək ki, oktyabrın 13-də "Vasil Levski" stadionunda keçiriləcək Bolqarıstan - Azərbaycan oyunu Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right