"Andrey Lunyov millinin əsas qapıçısı olmağa namizəddir"

Rusiya millisinin sabiq qapıçısı Vladimir Qabulov “Qarabağ”ın qolkiperi Andrey Lunyovun çıxışı ilə bağlı danışıb. 

Newsport.az "Чемпионат"a istinadən xəbər verir ki, veteran futbolçu Ağdam klubunun qolkiperinin Rusiya millisinin də bir nömrəsi ola biləcəyini söyləyib: 

"Andreyin qapıçı keyfiyyətləri hamıya məlumdur. Lunyov yüksək səviyyəli ustalığa malikdir. O, səviyyəli qapıçıdır. Andrey nəinki milliyə dəvət edilmək, hətta Rusiya yığmasının əsas qapıçısı olmağa da namizəddir. O, “Qarabağ”da təcrübə topladı və öz səviyyəsini sübut göstərir".

Qeyd edək ki, Qabulov “Dinamo”(Moskva), ÇSKA, “Anji”, “Brügge” klublarının, həmçinin Rusiya yığmasının qapısını qoruyub. O, “Alaniya” və “Ximki” klublarında da işləyib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right