AFFA 5 komandaya texniki məğlubiyyət verdi

AFFA İntizam Komitəsi U-14 Qızlar Liqası ilə bağlı qərarlarını açıqlayıb. Newsport.az xəbər verir ki, komitə 5 komandaya texniki məğlubiyyət verib.

“Ümid” (Gəncə) – “Gəncə İdman Liseyi”, “Kəpəz” – “Şəmkir”, “Neftçi” – “Şəmkir” oyunlarına qonaq komandalar, “Balxurma (Balakən) – “Baku Juniors” görüşünə isə ev sahibi təyin edilən vaxtda meydanda olmayıb. Bu səbəbdən onların hər birinə 0:3 hesablı texniki məğlubiyyət verilib.

“Araz-Naxçıvan” – “Olimpiya” (Ağcabədi) görüşü isə “Olimpiya”nın heyətində limitə uyğun yetərsay olmadığından, baş tutmayıb və komanda 0:3 hesablı texniki məğlubiyyətlə üzləşib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right