AFFA onlayn imtahan təşkil edib

Klublarda lisenziyalaşdırma sahəsində çalışan yeni əməkdaşlar üçün onlayn imtahan keçirilib. Newsport.az xəbər verir ki, imtahan AFFA-nın Klubların Lisenziyalaşdırılması Departamentinin təşkilatçılığı ilə təşkil olunub.

İlk olaraq departamentin əməkdaşları iştirakçılara imtahanın şərtləri barədə məlumat verib, menecerlər verilən sualları cavablandırıblar. İmtahandan uğurla keçən klub rəsmiləri xüsusi sertifikatla təltif olunacaq.

Qeyd edək ki, lisenziya qaydalarına əsasən Lisenziya iddiaçısı olan hər bir klubun lisenziyalaşdırma üzrə meneceri qeyd olunan sertifikata malik olmalıdı.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right