Musa Qurbanlı “Yurqorden”in U-21 komandasının heyətində qol vurdu

Azərbaycan millisinin hücumçusu Musa Qurbanlı İsveç klubu “Yurqorden”in U-21 komandasının heyətində çıxış edib. Newsport.az xəbər verir ki, 21 yaşlı forvard Elit Liqa Kubokunda “Nörçeppinq”lə görüşdə meydana çıxıb.

Onunla yanaşı, əsas komandanın daha bir neçə üzvü oyun praktikası toplamaq üçün U-21-in heyətində yer alıb. Qarşılaşma “Yurqorden”in 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Qurbanlı komandasının ilk qolunun müəllifi olub.

Qeyd edək ki, İsveç çempionatında yeni mövsümə martın 30-da start veriləcək. “Yurqorden” ilk oyununu aprelin 1-də səfərdə “Göteborq”a qarşı keçirəcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right