Elxan Məmmədov Azərbaycan millisinin qatıldığı turnirdən danışdı

FİFA-nın Avropa Milli Assosiasiyaları üzrə direktoru Elxan Məmmədov Bakıda təşkil olunacaq “FİFA seriyası” adlı beynəlxalq turnir barədə fikirlərini bölüşüb. Newsport.az xəbər verir ki, azərbaycanlı futbol funksioneri bununla bağlı “Reuters”ə danışıb.

O, martda təşkil olunacaq beynəlxalq turnir xarakterli yoldaşlıq görüşləri layihəsini genişləndirmək istədiklərini bildirib:

“Bəzi ölkələr heç vaxt konfederasiyalarından kənar komandalarla oynamayıblar. Tamamilə fərqli oyun tərzi olan digər konfederasiyalardan yığmalara qarşı çıxış etməklə rəqabət təcrübəsi qazana bilərlər. Pilot layihə üçün hazırda 20 komandanımız var. Ümid edirik ki, 2026-cı ildə bu say artacaq. Artıq ən güclü yığmalarla danışıqlara başlamışıq. Onların növbəti turnirə qatılacaqlarına ümid edirik”.

Qeyd edək ki, Bakıda baş tutacaq turnir çərçivəsində Azərbaycan millisi ilə yanaşı, Monqolustan, Tanzaniya və Bolqarıstan da mübarizə aparacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right