Azərbaycan millisi Avropa reytinqində 35-ci pillədə

Dünya çempionatlarının Avropa zonası üzrə seçmə mərhələlərində orta tamaşaçı sayı açıqlanıb. Newsport.az xəbər verir ki, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) bununla bağlı araşdırma aparıb.

57 yığmanın qərarlaşdığı siyahıda Azərbaycan millisi də var. Yığmamız sıralamada 35-ci yerdə göstərilib. Komandamızın indiyə qədər mundialların seçmə mərhələlərində keçirdiyi 66 ev və səfər görüşlərinə ümumilikdə 1 milyon 80 min 817 azarkeş gəlib. Orta hesabla hər matça 16 min 376 nəfər deməkdi.

Cədvəlin ilk pilləsində isə İngiltərə qərarlaşıb. Onların orta hesabla hər oyunlarına 51 min 835 azarkeş toplaşıb.

İlk “10-luq”:

1. İngiltərə - 122 oyun / 6 milyon 323 min 926 (orta hesabla hər oyunda 51 min  835)

2. Saarland – 4 / 166 min (41 min 500)

3. Almaniya – 151 / 6 milyon 187 min 891 (40 min 979)

4. Şotlandiya – 136 / 5 milyon 515 min 102 (40 min 552)

5. Fransa – 119 / 4 milyon 612 min 75 (38 min 757)

6. Rusiya – 124 / 4 milyon 456 min 84 (35 min 936)

7. Polşa – 127 / 4 milyon 466 min 117 (35 min 166)

8. Niderland – 135 / 4 milyon 701 min 365 (34 min 825)

9. İtaliya – 118 / 4 milyon 102 min 421 (34 min 766)

10. Avstriya – 134 / 4 milyon 491 min 481 (33 min 519)





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right